Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə və Reabilitasiya mərkəzində “Gəncsən?Başla!” kitabının imza günü keçirilib


10 noyabr 2017-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ramanı qəsəbəsində yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə və Reabilitasiya mərkəzində “Gəncsən? Başla!” kitabının imza günü keçirilib.

İmza günü sağlamlıq imkanları məhdud 50 gənc Boccia İdmançısının iştirakı ilə baş tutub.

Tədbirdə çıxış edən müəllif, Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müşaviri Dr. Nadir Adilov növbəti imza gününün bu mərkəzdə keçirilməsindən fərəh hissini duyduğunu bildirib. O, kitab haqqında fikirlərini iştirakçılarla bölüşüb. Dr.Nadir Adilov fiziki məhdudiyyətli gənclərlə həmrəylik nümayiş etdirərək, müəllifi olduğu kitabları onların istifadə etdiyi arabada əyləşərək imzalayıb.

İmza günündə iştirak edən peşəkar təlimçi Sənan Nəcəfov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov Boccia idmançılarının motivasiyasının artırılması məqsədi ilə fizki məhdudiyyətli gənclərə təlim keçiblər. Onlar bərabərlik nümayiş etdirərək, təlimi fizki məhdudiyyətli gənclərin istifadə etdiyi arabalarda əyləşərək keçiblər. Bu, təlim iştirakçıları tərəfindən müsbət qarşılanıb. 

Tədbirin təşkilini həyata keçirən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə və Reabilitasiya mərkəzinin direktoru Rəhilə Həsrətova çıxış edərk Mərkəz haqqında geniş məlumat verib. O qonaqların bu mərkəzi tez – tez ziyarət etmələrinin Sağlamlıq imkanları məhdud gənclərin peşə və reabilitasiyası üçün çox gözəl bir vasitə olduğunu, cəmiyyətə inteqrasiyada mühüm rol oynadığını vurğulayıb. 

1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə və Reabilitasiya mərkəzi Paralimpiya komitəsinin koordinatoru, “Arabaçı TV”nin rəhbəri, Qarabağ müharibəsi veteranı İlham Məhərrəmov tədbir haqqında fikirlərini bölüşüb. O bildirib ki, ”Gəncsən? Başla!” kitabı mərkəzin gənclərinin böyük marağına səbəb olub.  

Kordinator mərkəz haqqında da danışıb. O, mərkəzdə müxtəlif kursların təşkil olunduğunu və 4 illik fəaliyyət müddəti ərzində 1200 nəfərin mərkəzin məzunu adına layiq görüldüyünü, onlarla məzunun hal-hazırda müxtəlif  iş yerlərində çalışdığını qeyd edib.

Bildirilib ki, mərkəzin 30-a yaxın tələbəsi Birinci Avropa oyunlarında könüllü kimi fəaliyyət göstərib. İlham Məhərrəmov xüsusilə vurğulayıb ki, Boccia idman növü əlləri zəif olan insanların məşğul ola biləcəkləri yeganə idman növüdür.

Qeyd edək ki, tədbirin fotoları “ASAN Könüllüləri Təşkilatının” “FotoMən” layihəsinin fotoqrafları tərəfindən çəkilib.


Tarix: 09-11-2017 18:38