Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Moldova Respublikasının nümayəndə heyəti “ASAN xidmət”də


16 - 17 yanvar 2018-ci il tarixində Moldova Respublikasının Dövlət Xidmətləri Agentliyinin nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədi ilə ölkəmizdə səfərdə olub.

 Səfər çərçivəsində nümayəndə heyəti “ASAN xidmət” mərkəzləri, ASAN Radio, ASAN Təlim Tədris Mərkəzi və “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu ərazisində yerləşən “ABAD” sənətkarlıq mərkəzi ilə tanış olub.

Qonaqlara "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.  Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 19 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan nümayəndə heyəti "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıb.

 


Tarix: 16-01-2018 16:17