Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Smart Africa şirkətinin icraçı direktoru “ASAN xidmət”də


2 fevral 2018-ci il tarixində Smart Africa şirkətinin icraçı direktoru Hamadoun Toure “ASAN xidmət” mərkəzinin  fəaliyyəti ilə tanış olub.  

Qonağı salamlayan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.  Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 19 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıb. 


Tarix: 02-02-2018 12:17