Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Küveyt Dövlətinin ölkəmizdəki səfiri ilə görüş keçirilib


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ilə görüş keçirilib.

Görüş zamanı Azərbaycan Respublikası ilə Küveyt arasındakı yüksələn xətlə inkişaf edən mövcud ikitərəfli əlaqələrdən bəhs olunub və müvafiq sahələr üzrə mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.

Görüşdə Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN xidmət”in fəaliyyəti barədə danışıb, mərkəzin operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində kreativ yanaşmanın formalaşdırılmasına xidmət etdiyini bildirib.

Qeyd olunub ki, bu günədək 20 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

  Həmçinin səfirə “ASAN Viza” və “ASAN viza 2.0” layihəsi barədə geniş məlumat verilib. 


Tarix: 01-03-2018 17:47