Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

İndoneziya Respublikasının nümayəndə heyəti “ASAN xidmət” də


6 aprel 2018-ci il tarixində İndoneziya Respublikasının Şərqi Yava əyalətinin qubernatoru  Soekarvonun rəhbərlik etdiyi nümayəndə heyəti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.

Görüş zamanı qonaqlara "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib  ki, bu günədək 20 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Həmçinin, qonaqlara Dövlət Agentliyinin “ASAN Viza”, “ASAN Viza 2.0”,   elektron xidmətlər və  lisenziyaların verilməsi barədə məlumat verilib.

Nümayəndə heyəti Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu və bu Konsorsiuma daxil olan “BestComp Group”, “B.EST Solutions”, “Neuron Technologies” və “SİNAM” şirkətlərinin fəaliyyəti ilə də tanış olub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında 2017-ci ilin iyul ayında imzalanmış Anlaşma Memorandumu çərçivəsində qarşılıqlı təcrübə səfərləri, təlim-seminarlar və görüşlər təşkil olunur.

 


Tarix: 06-04-2018 16:59