Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

İnnoLAND innovasiya mərkəzinə loqo müsabiqəsi elan edilir!


-          Layihə haqqında qısa məlumat

İnnoLAND ideyası olan hər kəsin öz ideyasını reallaşdırması, özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviq edilməsi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan və dünyaya rəqabət qabiliyyətli yeni texnologiyalar çıxarılmasını əsas məqsəd kimi irəli sürmüş  inkubasiya və innovasiya mərkəzidir. İnnoLAND startap ideyaların toplanılması, onların inkubasiyası, prototiplərin hazırlanması istiqamətində fəaliyyət göstərəcəkdir.

-          Loqoda nəzərə alınmalı faktorlar

Loqoda İnnoLAND-in "ASAN xidmət"ə bağlılığı, innovasiya və startaplarla, futuristik texnologiyalarla bağlı elementlər öz əksini tapmalıdır.

-          Müsabiqənin davam etmə müddəti

Loqolar İdeya Bankında elan olunmuş müsabiqə üzrə ( http://www.ideya.az ünvanına ) göndərilməlidir. Loqolar ən gec 10 iyun tarixinə kimi göndərilməlidir.

-          Loqonun göndərilmə forması

Loqo həm psd, həm də pdf formatda göndərilməlidir.

       - Qalibə veriləcək mükafat:

 500 AZN

 


Tarix: 22-04-2018 10:21