Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Əfqanıstan Respublikasının nümayəndə heyəti “ASAN xidmət” mərkəzi ilə tanış olub


16-21 aprel  2018-ci il tarixində Əfqanıstan İslam Respublikasının rabitə və informasiya texnologiyaları nazirinin müşaviri Camal Aryubi və “ASAN Khedmat” mərkəzinin direktoru Naim Çamkanainin təmsil etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzləri ilə tanış olmaq məqsədi ilə ölkəmizə səfər edib.

17 aprel tarixində  qonaqlar "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olublar. Görüş zamanı mərkəzlərin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu günədək 21 milyon vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb. Həmçinin qonaqlar “ASAN radio”nun fəaliyyəti ilə də tanış olublar.

18 aprel tarixində təşkil olunan görüşdə Səyyar “ASAN xidmət”in məqsədləri və iş prinsipi haqqında nümayəndə heyətinə ətraflı məlumat verilib. Səfər çərçivəsində Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun (AZINNEX) üzvləri ilə görüş keçirilib.

20 aprel tarixində nümayəndə heyəti Quba “ASAN həyat” kompleksi ilə də tanış olub.  


Tarix: 22-04-2018 10:49