“ASAN Viza”nın əməkdaşları üçün təlimlər keçirilir
30 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında fəaliyyətə başlayacaq “ASAN Viza”nın yeni əməkdaşları üçün səyahət sənədlərinin və vizaların identifikasiyasına dair təlimlərin keçirilməsinə başlanılıb.
3 may 2018-ci il tarixinədək davam edəcək təlimlər Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki nümayəndəliyinin dəstəyi ilə təşkil olunur və beynəlxalq mütəxəssislər Michael Buxbaum və Christian Bartl tərəfindən keçirilir.
Qeyd edək ki, “Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2018-ci il tarixli 1803 nömrəli Fərmanına əsasən 15 may 2018-ci il tarixindən beynəlxalq hava limanlarında vizaların verilməsi “ASAN Viza” tərəfindən həyata keçiriləcək.