Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Dövlət Agentliyində İsrail Dövlətinin Matrix şirkətlər qrupunun və YR şirkətinin rəhbərləri ilə görüş keçirilib


12 iyun  2018-ci il tarixində  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində  İsrail Dövlətinin Matrix  şirkətlər qrupunun və YR şirkətinin rəhbərləri  ilə görüş keçirilib.

Qonaqları salamlayan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 22 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Görüşdə, həmçinin e-hökumət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Qonaqlar "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.


Tarix: 12-06-2018 16:37