Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti “ASAN xidmət”də


            24 iyul 2018-ci il tarixində Səudiyyə Ərəbistanı Krallığının ədliyyə nazirinin müavini Əbdüləziz bin Abdullah bin Naser əl-Naserin başçılıq etdiyi nümayəndə heyəti  “ASAN xidmət” mərkəzinin və “ASAN radio”nun  fəaliyyəti ilə tanış olub.

            Nümayəndə heyətinə "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, rahatlıq prinsipləri əsasında fəaliyyət göstərən “ASAN xidmət”in əsas məqsədi dövlət xidmətləri sahəsində şəffaflığı artırmaq, korrupsiyaya hallarının qarşısını almaq, xidmət sahəsində trend innovasiyaları tətbiq etmək və vətəndaşlara xidmət sahəsində aparılan institusional islahatların səmərəliliyini artırmaqdır.

            Bu günədək 23 milyona yaxın vətəndaşın müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

            Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndiriblər.


Tarix: 25-07-2018 16:10