“ASAN xidmət” Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub
1950-ci ildə yaradılan Britaniya Əməyin Mühafizəsi Şurası 2004 – cü ildə beynəlxalq dərəcəli təşkilat statusunu alıb. Təşkilatın başlıca məqsədi dünyada mövcud olan müəssisə və təşkilatların əməyin mühafizəsi sahəsində gördüyü işləri qiymətləndirməkdir. Belə ki, əməyin mühafizəsi sahəsində Keyfiyyətli İdarəetmə Sistemi quran istənilən müəssisə bu təşkilata müraciət edə bilər. Qalib olan bütün müəssisələrin nümayəndələrinə sertifikat təntənəli şəkildə hər il London şəhərində keçirilən mərasimdə təqdim edilir. Müəssisənin adı “British Safety Council” təşkilatının rəsmi internet saytında dərc olunur. Həmçinin, təqdimetmə mərasimi BBC telekanalında nümayiş etdirilir.