Please ensure Javascript is enabled for purposes of website accessibility

Xəbərlər

Azərbaycanda daha dörd “ASAN xidmət” mərkəzi yaradılacaq


İl ərzində Bakı şəhərində daha üç “ASAN xidmət” mərkəzi yaradılacaq. Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Sumqayıtda yeni yaradılan “ASAN xidmət” mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, ilk olaraq Xətai rayonunda 2 saylı “ASAN xidmət” mərkəzi, ardınca payız aylarında Yasamal rayonunda 3 saylı, daha sonra isə Sabunçu rayonunda 4 saylı mərkəz fəaliyyətə başlayacaq.

“Bundan başqa, avqust ayında Gəncə şəhərində “ASAN xidmət” mərkəzi açılacaq. Həmin mərkəz Gəncə və şəhər ətrafındakı digər rayonların əhalisinə xidmət göstərəcək”, – Kərimov bildirib.

Mənbə: Trend

Tarix: 03-05-2013 10:59