Dünya şöhrətli fotojurnalist Reza Deqhati “ASAN xidmət”lə tanış olub.
Bu gün Təbrizdən olan azərbaycan əsilli fotoqraf, Fransa vətəndaşı Reza Deqhati Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin qonağı olub, burada yaradılan şəraitlə tanış olub.
Qeyd edək ki, müxtəlif illərdə Time və Life kimi nüfuzlu jurnallarda çalışan Deqhati artıq 30 ildən çoxdur ki, National Geographic jurnalı üçün çalışır.