Please ensure Javascript is enabled for purposes of website accessibility

Xəbərlər

Avropa Şurasının İnsan Hüquqları Məhkəməsinin bir qrup hakimindən ibarət nümayəndə heyəti Dövlət Agentliyini ziyarət etmişdir


18 may 2013-cü il tarixində Avropa Şurasının İnsan Hüquqları Məhkəməsinin bir qrup hakimindən ibarət nümayəndə heyəti Dövlət Agentliyini ziyarət etmişdir.

Nümayəndə heyəti Dövlət Agentliyində yaradılmış şərait, vətəndaşlara xidmət göstərilməsi standartları və Agentliyin gələcək inkişafı prespektivləri ilə tanış olmuşdur.

Avropa Şurasının İnsan Hüquqları Məhkəməsinin hakimləri vətəndaşlara dövlət xidmətlərinin vahid məkandan göstərilməsi üzrə Azərbaycan modeli olan “ASAN xidmət”in maraq doğurduğunu qeyd etmiş,  qabaqcıl bir təcrübə kimi səciyyələndirmişlər.

Tarix: 19-05-2013 14:02