Please ensure Javascript is enabled for purposes of website accessibility

Xəbərlər

İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Xətai “ASAN xidmət” mərkəzinin açılışında iştirak etmişdir


Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı olmuşdur.

Prezident İlham Əliyev mərkəzin açılışında iştirak etmişdir.

Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlətimizin başçısına məlumat verdi ki, Azərbaycanda dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülmüş, müvafiq hüquqi baza formalaşdırılmışdır. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilmişdir. Bu xidmətlər mümkün korrupsiya hallarını aradan qaldırır və dövlət xidmətlərini vətəndaşlara yaxınlaşdırır.

Dövlət başçısına “ASAN kart”la bağlı geniş məlumat verildi.

Dövlət başçısına məlumat verildi ki, könüllülük prinsipi əsasında vətəndaşlara xidmət göstərmək üçün seçilmiş və treninqlərə cəlb olunmuşdur.

Prezident İlham Əliyev könüllülərlə görüşdü.

Qısa müddət ərzində 100 min vətəndaşın bu xidmətdən istifadə etməsi əlbəttə ki, xidmətin artıq cəmiyyətdə yüksək qiymətə layiq olduğunu göstərir. Əlbəttə, könüllülərin fəaliyyəti bu xidmətə əlavə töhfə verir. 

Sonra xatirə şəkli çəkdirildi.

Tarix: 24-05-2013 17:51