“ASAN xidmət”in səyyar mərkəzi Qubada fəaliyyətə başlayıb
Quba. Vəli Turan – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki “ASAN xidmət” şəbəkəsinin “Səyyar xidmət” mərkəzi Qubada fəaliyyətə başlayıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Azad Cəfərli jurnalistlərə bildirib ki, 15 gün ərzində Quba, Qusar və Xaçmaz rayonlarının sakinləri 5 dövlət orqanının 8 xidmətindən yararlana biləcək. Onun sözlərinə görə, “Səyyar xidmət” 3 rayondan olan 410 min insan üçün nəzərdə tutulub.
Qeyd olunub ki, “ASAN xidmət” fəaliyyətə başladıqdan 140 minədək insana xidmət edib.