Millət vəkili Tahir Mirkişili “İnnovativ idarəetmə” layihəsinin qonağı olub
4 fevral 2017-cı il tarixində “ASAN School” könüllülük proqramı çərçivəsində “İnnovativ idarəetmə” layihəsinin növbəti qonağı millət vəkili Tahir Mirkişili olub.
Çıxış zamanı Tahir Mirkişili müasir dünya trendlərini nəzərə alaraq gənclərin İKT sahəsinə daha çox maraq göstərməli olduğunu vurğulayıb.
O, bildirib ki, ASAN könüllüləri öz bilik və bacarıqları eyni zamanda gördükləri işlərlə cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər.
150-dən çox ASAN könüllüsünün iştirak etdiyi görüşdə millət vəkili gəncləri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, 2015-ci ildən start götürən bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Dövlət İdarəçilik Akademiyasının birgə əməkdaşlığı ilə həyata keçirilir. Layihə çərçivəsində könüllülər ölkənin bir sıra tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə görüşmək imkanı əldə edərək, onları maraqlandıran suallar ünvanlayaraq cavab əldə etmə şansı qazanmış olurlar.