Please ensure Javascript is enabled for purposes of website accessibility

“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın Dövlət Agentliyində 2017-ci ildə icrası üzrə HESABAT

İcra müddəti

Tədbirin adı Qiymətləndirmə
İndikatoru
İcra müddəti Görülmüş işlərlə bağlı məlumat

 

1. Elektron xidmətlərin təkmilləşdirilməsi

1.1.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın təkmilləşdirilməsi, siyahıda olan, lakin tam fəaliyyət göstərməyən xidmətlərin fəaliyyətinin təmin edilməsi və “Elektron hökumət”portalına yeni xidmətlərin inteqrasiya edilməsi

 

Elektron xidmət növlərinin siyahısında olan təkmilləşdirmələr, portalda fəaliyyəti təmin edilən və yeni inteqrasiya edilən elektron xidmətlər və onların sayı

2016-2018

     “Elektron xidmət növlərinin Siyahısı”na daxil edilmiş xidmətlər üzrə Dövlət Agentliyi tərəfindən aparılan qiymətləndirmə 2017-ci ildə də davam etdirilmişdir. Hesabat ili ərzində 30 mərkəzi icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilən 403 elektron xidmət qiymətləndirilmişdir.
Aparılmış qiymətləndirmələr çərçivəsində ilkin olaraq dövlət orqanlarının rəsmi internet informasiya ehtiyatlarında olan “Elektron xidmətlər” bölməsi və “Elektron hökumət” portalında həmin orqanlara aid olan bölmələr üzərindən elektron xidmətlərin göstərilmə vəziyyəti barədə məlumatlar toplanılmış, sonra isə elektron xidmətlərin keyfiyyətli və davamlı göstərilməsi üçün zəruri olan texniki imkanların öyrənilməsi məqsədilə yerində baxış həyata keçirilmişdir. 
Qiymətləndirmə çərçivəsində hər bir dövlət orqanı tərəfindən həyata keçirilən elektron xidmətlər İşçi qrupu tərəfindən təhlil olunmuş, “Elektronlaşma və əlaqəlilik səviyyəsi”, “İnformasiya açıqlığı və əldəolunma (giriş) səviyyəsi”, “İstifadə rahatlılığı səviyyəsi” meyarları üzrə qiymətləndirmələr aparılmışdır.
Qiymətləndirmə zamanı elektron xidmətlərin təşkili və göstərilməsi ilə bağlı mövcud vəziyyət öyrənilmiş, hazırlanmış Arayışlarda çatışmazlıqlar qeyd olunmuş və hər bir orqana çatışmazlıqların aradan qaldırılması ilə bağlı təkliflər verilmişdir. 
Hesabat ilində Dövlət Agentliyi tərəfindən texniki və səmərəliliyi baxımından məqsədəuyğunluğu barədə 72 yeni elektron xidmətin yaradılması, 4 elektron xidmətin yenidən təşkili və 3 elektron xidmətin adının dəyişdirilməsi ilə bağlı layihələrə rəy verilmişdir. Hazırda 86 yeni elektron xidmətin yaradılması ilə bağlı layihələrə baxılması davam edir.

1.3.

"Elektron hökumət" portalının imkanları və istifadəsi ilə bağlı vətəndaşlar arasında ictimai maarifləndirmə tədbirlərinin və təqdimatlarının keçirilməsi

 

Keçirilmiş ictimai maarifləndirmə tədbirləri və təqdimatlar

2016-2018

     2017-ci ildə "Elektron hökumət" portalının imkanları və istifadəsi ilə bağlı vətəndaşlar arasında ictimai maarifləndirmə tədbirlərinin və təqdimatlarının keçirilməsi istiqamətində AzTV və İTV kanallarının səhər verilişləri proqramında ayda 1 dəfə olmaqla xüsusi buraxılışlar hazırlanmış və Dövlət Agentliyinin nümayəndəsi həmin verilişlərdə iştirak etmişdir. 
Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə əlaqədar olaraq məlumatlılığın artırılması üçün azərbaycan və ingilis dilində çap edilən “ASAN jurnal”ın 2017-cı il 6-cı və 7-ci nəşrlərində elektron xidmətlər, təqdim edilmə yerləri ilə bağlı informasiya verilmişdir. 
Hesabat dövründə ASAN radionun efirində həftədə bir dəfə efirə gedən “Texnovasiya” verilişinin fəaliyyəti davam etdirilmişdir. Verilişdə “Elektron xidmətlər”, “Elektron hökumət həlləri”, “Sosial innovasiyalar”, “İnformasiya və kommunikasiya texnologiyaları” sahələri ilə bağlı dinləyicilərin məlumatlandırılması həyata keçirilir, vətəndaşların elektron xidmətlər sahəsində savadlılığını artırmaq, elektron xidmətləri təşviq etmək, sosial innovasiyaları və bu sahədə görülən işləri işıqlandırmaqla bu sahəyə diqqəti artırılır. 
Hesabat dövrü ərzində “Elektron xidmətlərin təşkili”, “Dövlət Xidmətləri Reyestri”, “Texnologiyaların sosial sahələrə tətbiqi”, “Fərdi məlumatların qorunması” və s. kimi mövzular işıqlandırılmışdır.
“Texnovasiya” verilişində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi  kimi dövlət orqanlarının təqdim etdiyi elektron xidmətlərlə bağlı məlumatlar verilmiş, həmin orqanların nümayəndələri canlı efirdə vətəndaşların suallarını cavablandırmışlar. Hesabat dövründə “Vergi Qanunvericiliyində son dəyişikliklər və nağdsız hesablaşmalar”, “Güzəştli mənzil" elektron sistemi, Elektron xidmətlərin qiymətləndirilməsi, Dövlət xidmətləri reyestri və “ASAN xidmət İndeksi” üzrə qiymətləndirmə, “ASAN viza” sistemi kimi mövzulara buraxılışlar həsr edilmişdir.
Eyni zamanda  “World Summit Awards” müsabiqəsi, “ACM:beynəlxalq elm və təhsil təşkilatının Azərbaycanda fəaliyyəti, “Facebook F8 konferansı”, “Tech-Tech Xanim” layihəsi və elektron (kompüter, telefon, planşet və s.) avadanlıqlardan uzun müddət istifadə nəticəsində yarana biləcək xəstəliklər barəsində məlumatlar dinləyicilərin diqqətinə təqdim edilmiş, texnoloji yeniliklər və dünyada bu barədə gedən proseslərə həsr edilmiş “Kibertəhlükəsizlik”, “Elektron imza”, “Machine learning” kimi mövzular işıqlandırılmışdır. Bu verilişlərdə Dövlət Agentliyinin və müxtəlif dövlət orqanlarının məsul əməkdaşları və sahəvi ekspertlər qonaq kimi iştirak etmişdir.

1.4.

Elektron xidmətlərin tətbiqi ilə əlaqədar dövlət orqanları tərəfindən tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasının təmin edilməsi

 

Asanlaşan prosedurlar və həyata keçirilmiş tədbirlərlə bağlı məlumatlar

2016-2017

     “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 may tarixli 260s nömrəli Sərəncamının 3-cü hissəsinə əsasən Milli Fəaliyyət Planının 1.4-cü bəndində nəzərdə tutulmuş elektron xidmətlərin tətbiqi ilə əlaqədar tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasının təmin olunması ilə bağlı 2016-cı ildə Dövlət Agentliyi tərəfindən mərkəzi və yerli icra hakimiyyəti orqanlarından toplanılmış təkliflər təhlil edilmiş, ilkin mərhələdə həyata keçirilməsi məqsədəmüvafiq hesab edilən təkliflər aidiyyəti dövlət orqanları ilə razılaşdırılmışdır. Təklif informasiya sistemlərinə inteqrasiya nəticəsində dövlət orqanları tərəfindən tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılması məsələlərini ehtiva edir. Qeyd edilən təkliflər, həmçinin tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasının təmin olunması ilə bağlı normativ hüquqi aktlarda müvafiq sənədlərin çıxarılması ilə bağlı dövlət orqanlarının təklifləri ümumiləşdirilərək Nazirlər Kabinetinə təqdim edilmişdir.
2017-ci il 30 sentyabr tarixində Dövlət Agentliyi Nazirlər Kabineti tərəfindən təqdim edilən 6 qanun, 1 fərman və 9 qərar layihəsinə viza vermişdir.

1.8.

Yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikası Mərkəzi Bankının Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi və elektron terminallar vasitəsilə həyata keçirilməsinin təmin edilməsi

 

Yerli vergilərin və ödənişlərin elektron terminallar və informasiya sistemi vasitəsilə həyata keçirilməsi imkanları

2016-2017

     “ASAN ödəniş” sistemi - inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların, protokolların və xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinin foto və ya video görüntülərinin vətəndaşların elektron ünvanlarına, mobil telefon nömrələrinə elektron qaydada (qısa mesaj - SMS vasitəsilə) göndərilməsini, inzibati xəta haqqında protokoldan və ya inzibati xəta haqqında iş üzrə qərardan şikayət və vəsatət verilməsini, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarların icra müddətlərinə nəzarət edilməsini, müddətlərin bitməsi barədə vətəndaşların məlumatlandırılmasını, inzibati cərimələrin və məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin və digər ödənişlərin xüsusi ödəmə terminalları və mobil telefon aparatları vasitəsilə elektron qaydada ödənilməsini təmin edilməsi üçün yaradılmışdır. Sistem Azərbaycan Respublikası Mərkəzi Bankının Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi və digər ödəniş sistemlərinə inteqrasiya edilmişdir. 
“ASAN Ödəniş” sisteminin funksional imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Proqram təminatında formalaşdırılan yeni modul üzərindən 22 mərkəzi icra hakimiyyəti orqanı, 56 yerli icra hakimiyyəti orqanının sistemə inteqrasiyası təmin edilmişdir. Sistemin internet Portalı və  terminallar üzərindən cərimələrin ödənişi, eyni zamanda rüsumların, kommunal və rabitə xidmətləri üzrə ödənişlərin həyata keçirilməsi üçün imkanlar yaradılmışdır.
Yerli özünüidarəetmə (bələdiyyə) qurumlarının ödənişlərinin “ASAN ödəniş” sistemi üzərindən aparılması məqsədilə formalaşdırılan “Bələdiyyə orqanları” modulunun  inteqrasiya işləri yekunlaşdıqdan sonra fəaliyyətə başlaması nəzərdə tutulur.

2.4.

Dövlət orqanlarının internet səhifələrinin mobil versiyalarının hazırlanması, sosial şəbəkələrdə səhifələrin açılması və onların aktiv fəaliyyətinin təmin edilməsi

 

Hazırlanmış mobil versiyalar və həyata keçirilmiş tədbirlərlə bağlı məlumatlar

2016-2018

     Dövlət orqanlarının internet səhifələrinin mobil versiyalarının hazırlanması, sosial şəbəkələrdə səhifələrin açılması və onların aktiv fəaliyyətinin təmin edilməsi istiqamətində hesabat ilində Dövlət Agentliyi tərəfindən yaradılmış http://www.asan.gov.az/ internet informasiya ehtiyatı mobil qurğularda açılması üçün uyğunlaşdırılmışdır. 
Dövlət Agentliyinin 2013-cü ildə açılan sosial şəbəkə səhifələri vasitəsilə 2017-ci il ərzində aktiv fəaliyyət davam etdirilmişdir.
Sosial şəbəkələr üzrə Dövlət Agentliyi və mərkəzlərin fəaliyyəti barədə il ərzində mütəmadi paylaşımlar edilmişdir:
- “ASAN xidmət”-in Facebook sosial şəbəkəsindəki səhifəsinin 422 488-dən çox izləyicisi var. Hesabat ilində 372-dək məlumat postu yerləşdirilmişdir;
- Dövlət Agentliyinin  Facebook sosial şəbəkəsindəki səhifəsinin 12.000-dək izləyicisi var.
- “ASAN xidmət”-in Twitter səhifəsində hesabat ilində 222-yə yaxın tweet yerləşdirilmişdir. Bu tweetlərdən çoxu foto və video informasiyadır. 3829-a yaxın izləyici mövcuddur;
- “ASAN xidmət”-in instagram səhifəsində hesabat ilində 149-dan çox post yerləşdirilmişdir. Səhifənin ümumi izləyicilərin sayı 23.870-dən çoxdur; 
- “ASAN xidmət”-in Youtube kanalında 2017-ci il ərzində videolara ümumi baxış sayı 336.053-ə yaxındır. Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Ukrayna, Çexiya, Böyük Britaniya, Danimarka, Gürcüstan, Almaniya və s. ölkələrdən baxış sayı üstünlük təşkil edir.

 

4.1. Vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi

4.1.1.

Açıq hökumət prinsiplərinin təşviqi və korrupsiyanın qarşısının alınması istiqamətlərində qeyri-hökumət təşkilatlarının layihə və təşəbbüslərinə dəstəyin prioritet istiqamət kimi müəyyən edilməsi

Prioritetin müəyyən edilmə forması və dəstəklənən layihələrin sayı

2016-2018

     Hesabat ilində yerli qeyri-hökümət təşkilatları ilə könüllük fəaliyyəti və onun təkmilləşdirilməsi ilə bağlı təklif və təşəbbüslər qiymətləndirilmişdir. Belə ki, “ASAN School” proqramının Master 2 pilləsi çərçivəsində asankadr.az portalı vasitəsi ilə 20-dən çox yerli qeyri-hökümət və digər təşkilatlar ilə əməkdaşlıq qurulmuşdur.

 

4.2. İctimai iştirakçılığın genişləndirilməsi

4.2.1

İctimai Şuraların təşkil edilməsi, gücləndirilməsi və davamlılığının təmin edilməsi

 

Yeni yaradılmış ictimai şuralar, onların fəaliyyəti ilə bağlı məlumatlar

2016-2018

     2013-cü ildən fəaliyyət göstərən “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura” ilə əməkdaşlıq fəaliyyəti cari ildə də davam etdirilmişdir. 
2017-ci il ərzində İctimai Şuranın 3 toplantısı keçirilmişdir. Toplantılarda aşağıdakı məsələlər müzakirə edilmişdir:

  • “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə;
  • Yerli icra hakimiyyəti orqanlarının təqdim etdiyi dövlət xidmətlərinin elektron formaya keçirilməsi.

     Toplantılarda QHT və aidiyyəti dövlət orqanlarının nümayəndələri iştirak etmişdir. Qeyd edilmiş mövzular müzakirə edilərək İctimai Şura tərəfindən uyğun təkliflər verilmişdir.

4.2.2

İctimai şuraların tərkibi və fəaliyyəti ilə bağlı rəsmi internet resurslarında ayrıca bölmələrin yaradılması və məlumatların mütəmadi yenilənməsi

 

İnternet resurslarında elektron bölmələrin fəaliyyəti və yerləşdirilmiş məlumatların sayı

2016-2018

     “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura”nın www.egov.org.az internet resursu istifadəyə verilmişdir. 
Eyni zamanda Dövlət Agentliyinin rəsmi internet resursunda http://vxsida.gov.az/redirect/index/cat_id/197/MainOrNot/0İctimai Şura barədə ayrıca bölmə yaradılmışdır.

 

5. Maliyyə şəffaflığının təmin edilməsi

5.6.

Büdcə təşkilatları tərəfindən dövlət satınalmaları ilə bağlı məlumatların internet səhifələrində yerləşdirilməsi

 

Satınalmalarla bağlı məlumatların açıqlanması

Mütəmadi

     Hesabat ilində Dövlət Agentliyi tərəfindən elan edilmiş tenderlər “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq “Respublika” qəzetində dərc edilmiş və rəsmi internet saytında (www.tender.gov.az) yerləşdirilmişdir.

 

8.  Korrupsiyanın qarşısının alınması sahəsində tədbirlər və qanunvericiliyin təkmilləşdirilməsi

8.6.

“ASAN xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının dövlət orqanlarında tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi

 

Həyata keçirilmiş tədbirlər

2016-2018

     “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanında 2016-cı il 9 iyun tarixli 934 nömrəli Fərmanla dəyişikliklər edilmiş və Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmiş xidmətlərin “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər rəhbər tutulmaqla qiymətləndirilməsi tapşırığı müəyyən edilmişdir.
Hesabat dövrü ərzində pilot layihə çərçivəsində “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikası Vergilər, Daxili İşlər, Ədliyyə, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Milli Arxiv İdarəsi) 178 xidməti və Bakı şəhərində fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanlarının (Bakı Şəhər İcra Hakimiyyəti, Binəqədi, Yasamal, Nizami, Nəsimi, Nərimanov, Xətai, Qaradağ, Səbail, Sabunçu, Suraxanı, Pirallahı, Xəzər rayon icra hakimiyyəti orqanları) 234 xidməti daxil olmaqla ümumilikdə 412 xidmət qiymətləndirilmişdir.
Qiymətləndirmənin nəticələri ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarına arayışlar təqdim edilmişdir.
Qiymətləndirmənin nəticələri və sistemdə nəzərdə tutulan yeniliklər barədə 2017-ci il 21 sentyabr tarixində ADA Universitetində dövlət qurumları və vətəndaş cəmiyyəti nümayəndələrinə təqdimat həyata keçirilmişdir.
Qiymətləndirmənin nəticələri ilə bağlı 2017-ci il üzrə hesabat Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və Nazirlər Kabinetinə təqdim edilmişdir.
2017-ci ilin noyabr ayından etibarən Elektron Reyestrə daxil edilmiş dövlət xidmətlərinin “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər rəhbər tutulmaqla 47 xidmət təminatçısı tərəfindən 634 xidmətin qiymətləndirilməsinə başlanılmışdır. Xidmət təminatçıları tərəfindən qiymətləndirmə 30 dekabr tarixində başa çatacaqdır.

8.7.

Sahibkarların qarşılaşdıqları problemlərin həlli məqsədi ilə onların müraciətlərinə baxılıması işinin təkmilləşdirilməsi və müvafiq tədbirlərin görülməsi

 

Müraciətlərə baxılması işində olan təkmilləşdirmələr

2016-2018

     “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanı təsdiq edilmişdir. Hesabat ilində  sahibkarların qarşılaşdıqları problemlərin həlli məqsədi ilə onların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və müvafiq tədbirlərin görülməsi istiqamətində Dövlət Agentliyində Apellyasiya Şurası yaradılmışdır. 
Apellyasiya Şurasına Dövlət Agentliyinin rəsmi internet informasiya ehtiyatı üzərindən müraciət imkanı təmin olunmuş və həmin sistem elektron hökumət portalı ilə inteqrasiya edilmişdir.
Cari il ərzində Dövlət Agentliyinin Apellyasiya Şurasına 1 müraciət daxil olmuş və aidiyyəti dövlət orqanına göndərilmişdir.

 

10. Maarifləndirmə və əməkdaşlıq

10.1.

Açıq hökumət və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan beynəlxalq təşkilatlar və xarici ölkələrin aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq əlaqələrinin təkmilləşdirilməsi, tövsiyə və tələblərin icrası üzrə tədbirlərin həyata keçirilməsi

 

Həyata  keçirilmiş birgə tədbirlər və əməkdaşlığın səviyyəsi

2016-2018

     Hesabat ilində Dövlət Agentliyi tərəfindən “ASAN xidmət” modelinin dövlət xidmətlərinin göstərilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində qabaqcıl təcrübə kimi təşviq edilməsi, digər ölkələrdə tətbiq edilməsi ilə bağlı aşağıdakı işlər görülmüşdür:

  • 2017-ci il 24-27 yanvar tarixində Dövlət Agentliyinin nümayəndə heyəti Fransa Respublikasında səfərdə olmuşdur. Dövlət Agentliyinin nümayəndə heyəti Fransa Milli Assambleyasında təşkil edilmiş “Dövlət xidmətlərinin əlçatanlığı və vətəndaşlıq” mövzusunda konfransda “ASAN xidmət”in təcrübəsi barədə geniş təqdimatla çıxış etmişdir. Dövlət Agentliyi ilə Fransa Respublikasının Baş naziri yanında Dövlət İslahatları və Asanlaşdırma üzrə Dövlət Katibliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.
  • Cari ilin 11-14 fevral tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “IV Ümumdünya İdarəetmə Zirvə Toplantısı”nda Dövlət Agentliyinin nümayəndəsi iştirak etmişdir.
  • 22 - 23 iyun tarixində Niderland Krallığının Haaqa şəhərində “Gələcək İndidir: 2030 Gündəliyi naminə Dövlət Xidmətləri Sahəsində İnnovasiyanın Sürətləndirilməsi” mövzusuna həsr edilmiş “BMT-nin Dövlət Xidmətləri Forumu”nda Dövlət Agentliyinin nümayəndəsi iştirak etmişdir.  
  • İyunun 21-də BMT-nin Cenevrə bölməsində İnsan Hüquqları Şurasının 35-ci sessiyası çərçivəsində “BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, qabaqcıl idarəçiliyin və insan hüquqlarının təşviqinə innovativ yanaşmalar: Azərbaycan və Keniya nümunələri” mövzusunda tədbirdə Dövlət Agentliyinin nümayəndəsi iştirak etmişdir.
  • 4-6 iyul tarixində Monteneqronun dövlət idarəçiliyi naziri Suzana Pribiloviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olmuş, “ASAN xidmət” mərkəzləri ilə tanış olmuşlar.
  • 24-26 iyul tarixində Dövlət Agentliyinin nümayəndə heyəti İndoneziya tərəfinin dəvəti əsasında Cakarta və Denpasar şəhərlərinə səfər etmişdir. Səfər zamanı 2017-ci il 24 iyul tarixində Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.
  • 12-13 sentyabr Uqanda Respublikasının Dövlət Xidmətləri Nazirliyinin nümayəndə heyəti Azərbaycan Respublikasına səfər etmişdir.
  • 18 oktyabr tarixində Bolqarıstan Respublikasının nümayəndə heyəti “ASAN xidmət” mərkəzləri ilə tanış olmuşlar.
  • 23 oktyabr tarixində Pan-Afrika Parlamentinin nümayəndə heyəti “ASAN xidmət” mərkəzləri ilə tanış olmuşlar.
  • 6 noyabr tarixində Avstriyanın Vyana şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin Konfransının 7-ci sessiyasında Dövlət Agentliyinin nümayəndə heyəti iştirak etmişdir.
  • 7-12 noyabr Dövlət Agentliyinin nümayəndə heyəti Mərakeş Krallığının paytaxtı Rabat şəhərində səfərdə olmuşdur. Səfər çərçivəsində noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Anlaşma Memorandumu imzalanmışdır.
  • 3-4 dekabr tarixində Dövlət Agentliyinin nümayəndə heyəti Monteneqroda səfərdə olmuşdur. Səfərdə Dövlət Agentliyi ilə Monteneqronun Dövlət İdarəçiliyi Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

     Dövlət Agentliyi və BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlıq çərçivəsində cari ilin əvvəlində  “Vahid məkan prinsipi əsasında dövlət xidmətlərinin göstərilməsi modeli: Azərbaycanın nümunəsi” (One Stop Shop Public Service Delivery Model: The Case of Azerbaijan) adlı ingilis dilində analitik araşdırma hazırlanmışdır. Araşdırmada Azərbaycanın “ASAN xidmət” modelinin yaradılmasının əsasları, konsepsiyası, fəaliyyət prinsipləri, innovativ üstünlükləri və əsas nailiyyətlərinin nəzəri və praktiki aspektlərindən bəhs edilir, dövlət xidmətlərinin göstərilməsinin müasirləşdirilməsində maraqlı olan ölkələrə “ASAN xidmət” təcrübəsinə əsaslanan tövsiyələr verilir.

10.2.

Müxtəlif hədəf qrupları, o cümlədən dövlət qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış üzrə təhsil-tədris proqramlarının hazırlanması, təlim və treninqlərin keçirilməsi, belə təşəbbüslərin dəstəklənməsi

 

Hazırlanmış tədris proqramlarının, keçirilmiş təlim və treninqlərin və cəlb edilmiş şəxslərin sayı

Mütəmadi

     Dövlət Agentliyində hesabat ilində Dövlət Agentliyi və mərkəzlərdə fəaliyyət göstərən digər dövlət orqanlarının əməkdaşları üçün etik davranış, işgüzar etiket, vətəndaş məmnunluğunun təmin olunması prinsipləri və qaydaları, dinləmə və izahetmə bacarığı, səmərəli ünsiyyətin prinsipləri, ünsiyyət komponentləri, stressin və münaqişəli halların idarə olunması, həmçinin İT bilikləri və digər mövzularda 430 təlim (treninq) təlim keçirilmişdir ki, bu təlimlərdə ümumilikdə 5800 nəfər iştirak etmişdir.

10.4.

Açıq hökumət və korrupsiyaya qarşı mübarizə sahəsində sosial çarxların, bukletlərin, yaddaş kitabçalarının və digər maarifləndirici materialların nəşri və paylanması

 

Hazırlanmış və paylanmış təşviqat materialları barədə məlumat

2016-2018

     Hesabat ilində “ASAN xidmət” modelinin dövlət xidmətlərinin göstərilməsi və  korrupsiyaya qarşı mübarizə sahəsində qabaqcıl təcrübə kimi” mövzusunda sosial çarxın, buklet və broşürların hazırlanması istiqamətində “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərlə bağlı maarifləndirici materialların nəşri və əhali arasında ödənişsiz paylanması və məlumatlandırmanın daha müfəssəl qaydada təmin edilməsi məqsədi ilə 3 dəfə yeni dizaynda çap məhsulları (buklet, kitabça, qovluq və s.) hazırlanmışdır.
Hesabat ilində Dövlət Agentliyi tərəfindən “ASAN xidmət” jurnalının yeddinci və səkkizinci sayları nəşr olunmuşdur. Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərinə səfər etmiş xarici qonaqlara və Azərbaycan Respublikasının xarici ölkələrdə akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərinə “ASAN xidmət”ə dair xarici dildə olan təbliğat-təşviqat materialları göndərilmişdir.

 

11. Fəaliyyət Planının icrasının monitorinqi və nəzarətin təşkili

11.1.

Fəaliyyət Planının icrasının monitorinqi prosesinə informasiya texnologiyalarının tətbiqi üzrə tədbirlərin görülməsi, dövlət orqanları tərəfindən Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasına məsul şəxslərin müəyyən edilməsi

 

Elektron proqram təminatlarının hazırlanması, məsul şəxslərin müəyyən edilməsi və onlar üçün təlimlərin keçirilməsi

2016-2018

     Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası tərəfindən daxil olmuş 2016-cı il 9 sentyabr tarixli 25/674 saylı məktuba əsasən “Elektron monitorinq” sisteminin yaradılması üçün tədbirlər görülmüşdür. Fəaliyyət Planının icrasının elektron monitorinqi üzrə informasiya  sistemi 2017-ci ilin yanvar ayından etibarən https://ems.gov.az/ ünvanında fəaliyyət göstərir. 
Sistemdə dövlət orqanları üçün giriş imkanı yaradılmış, səlahiyyətli nümayəndələr təyin edilmiş və sistemə giriş məlumatları ilə təmin edilmişdir. 
“Elektron Monitorinq” Sistemində nəzarət orqanına aşağıdakı imkanlar təmin edilmişdir:

  • Qəbul edilmiş sənədlərdə aktlarında qeyd edilən tapşırıqların sistemə daxil edilməsi və tapşırıq üzrə icraçının seçilməsi, hesabat dövrünün müəyyənləşdirilməsi;
  • Dövlət orqanları üzrə tapşırıqlarla bağlı hesabatların formalaşdırılması;
  • Milli Fəaliyyət Planının bəndləri üzrə icra faizinin hesablanması;
  • Dövlət orqanları üzrə əlaqələndiricilərin məlumat bazasının formalaşdırılması və giriş sayının monitorinqi;
  • Dövlət orqanları tərəfindən keçirilmiş tədbirlər barədə məlumatların sistemə yerləşdirilməsi.

     Hazırda sistem fəaliyyətini davam etdirir və qeydiyyatdan keçmiş dövlət orqanları tərəfindən məlumatlar mütəmadi olaraq sistemə yüklənir.

11.5.

Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası üçün vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın qurulması və onların fəaliyyətinin dəstəklənməsi

 

Dəstəklənmiş layihələrin sayı

2016-2018

     Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası üçün vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın qurulması və onların fəaliyyətinin dəstəklənməsi istiqamətində hesabat ilində “ASAN Könüllüləri” Gənclər Təşkilatı (AKGT),  Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondu, IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura ilə əməkdaşlıq qurulmuşdur.

11.6.

Açıq hökumət və korrupsiyanın qarşısının alınması üzrə tədbirlərin icra vəziyyəti və qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış sorğuların, araşdırmaların keçirilməsi və nəticələrinin elan edilməsi

 

Həyata keçirilmiş sorğu və araşdırmalar barədə məlumat

2016-2018

     Açıq hökumət və korrupsiyanın qarşısının alınması üzrə tədbirlərin icra vəziyyəti və qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış sorğuların, araşdırmaların keçirilməsi və nəticələrinin elan edilməsi istiqamətində “2017-ci il üçün xidmətin keyfiyyətinin ölçülməsi məqsədilə “ASAN xidmət”, “ASAN Kommunal” mərkəzləri və səyyar ASAN xidmət vasitələrində rəy sorğularının keçirilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq 24.01.2017 – 15.12.2017-ci il tarixləri ərzində “ASAN xidmət” mərkəzlərində və səyyar xidmət avtobuslarında cəmi 69 dövri rəy sorğusu keçirilmişdir. Nəzərdən keçirilən dövr ərzində xidmətlərə cəmi 5.638.168 müraciət qeydə alınmışdır. 24.01.2017 – 15.12.2017-ci il tarixləri ərzində mərkəzlərdə 311.667, səyyar xidmətdə 21.563, “ASAN Kommunal” mərkəzlərində 7.244 olmaqla cəmi 340.474 sorğu qeydə alınmışdır. Sorğunun aparıldığı dövr ərzində vətəndaşlardan 3.935 şikayət, 1.267 təklif qeydə alınmışdır. İl ərzində ümumilikdə orta məmnunluq əmsalı 98.90% olmuşdur.