Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 2.1.7, 3.1.10.3, 4.1.5, 4.1.6, 4.1.7-ci yarımbəndlərinə və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (bundan sonra Dövlət Agentliyi) 2016-cı il 4 noyabr tarixli, 1/1-07 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında elektron xidmətlərin və informasiya sistemlərinin qiymətləndirilməsi Qaydaları” na (bundan sonra Qaydalar) uyğun olaraq, Dövlət Agentliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na (bundan sonra Siyahı) daxil edilmiş xidmətlərin qiymətləndirilməsi həyata keçirilmişdir.
Qiymətləndirmə qanunçuluq, obyektivlik, şəffaflıq və peşəkarlıq prinsipləri əsasında dövlət orqanları tərəfindən göstərilən xidmətlərin elektron formada təşkili vəziyyətinin müəyyən edilməsi məqsədi ilə həmin orqanların xidmət prosesinin və elektron xidmətlərin göstərilməsinin cari vəziyyətinin öyrənilməsi, məlumatların toplanılması, sistemləşdirilməsi, parametrlər üzrə yoxlanılması və təhlili istiqamətində aparılmışdır.
Aparılmış qiymətləndirmələr çərçivəsində dövlət orqanlarının rəsmi internet informasiya ehtiyatlarında olan “Dövlət xidmətləri” bölməsi üzərindən elektron xidmətlərin göstərilmə vəziyyəti barədə məlumatlar toplanılmış, sonra isə elektron xidmətlərin keyfiyyətli və davamlı göstərilməsi üçün zəruri olan texniki imkanların öyrənilməsi məqsədilə yerində baxış həyata keçirilmişdir.
Qiymətləndirmə zamanı elektron xidmətlərin təşkili və göstərilməsi ilə bağlı mövcud vəziyyət öyrənilmiş, hazırlanmış rəylərdə çatışmazlıqlar qeyd olunmuş və hər bir orqana çatışmazlıqların aradan qaldırılması ilə bağlı təkliflər verilmişdir.
Dövlət Agentliyi tərəfindən elektron xidmətlərin qiymətləndirilməsi 2013-cü ildə 40 mərkəzi icra hakimiyyəti orqanının göstərdiyi 439 xidmət üzrə, 2014-cü ildə 41 mərkəzi icra hakimiyyəti orqanının göstərdiyi 438 xidmət üzrə, 2015-ci ildə 39 mərkəzi icra hakimiyyəti orqanının göstərdiyi 438 xidmət üzrə, 2016-cı ildə 34 mərkəzi icra hakimiyyəti orqanının göstərdiyi 444 xidmət üzrə, 2017-ci ildə 30 mərkəzi icra hakimiyyəti orqanının göstərdiyi 404 xidmət üzrə, 2018-ci ildə 29 mərkəzi icra hakimiyyəti orqanının göstərdiyi 410 xidmət üzrə qiymətləndirmə həyata keçirilmişdir.
Qiymətləndirmə çərçivəsində hər bir dövlət orqanı tərəfindən həyata keçirilən elektron xidmətlər haqqında həmin orqanın rəsmi internet informasiya ehtiyatlarında olan “Dövlət xidmətləri” bölməsində mövcud olan, o cümlədən yerində baxış zamanı toplanmış məlumatlar İşçi qrupu tərəfindən təhlil olunmuş, “Elektronlaşma və əlaqəlilik səviyyəsi”, “İnformasiya açıqlığı və əldəolunma (giriş) səviyyəsi”, “İstifadə rahatlılığı səviyyəsi” meyarları üzrə qiymətləndirmələr aparılmışdır.
Xidmətlərin elektronlaşdırılması ilə bağlı ümumi vəziyyət aşağıdakı kimi müəyyənləşdirilmişdir:
|
2013-cü ilin nəticələri |
2014-cü ilin nəticələri |
2015-ci ilin nəticələri |
2016-cı ilin nəticələri * |
2017-ci ilin nəticələri |
2018-ci ilin nəticələri |
||||||
Qiymətləndirmə aparılmış mərkəzi icra hakimiyyəti orqanlarının sayı |
40 |
41 |
39 |
34 |
30 |
29 |
||||||
Xidmətlərin sayı |
439 |
438 |
438 |
444 |
404 |
410 |
||||||
Onlardan: |
||||||||||||
Elektronlaşdırılmış |
305 |
341 |
354 |
351 |
330 |
345 |
||||||
Elektronlaşdırılmamış |
134 |
97 |
84 |
71 |
74 |
65 |
Qiymətləndirmə dövründə elektron formada həyata keçirilən xidmətlərin təşkili və göstərilmə səviyyəsi aşağıdakı kimi müəyyənləşdirilmişdir:
|
2013-cü ilin nəticələri |
2014-cü ilin nəticələri |
2015-ci ilin nəticələri |
2016-cı ilin nəticələri* |
2017-ci ilin nəticələri |
2018-ci ilin nəticələri |
“Qeyri-kafi” qiymətləndirilmiş xidmətlərin sayı |
5 |
55 |
67 |
30 |
19 |
76 |
“Kafi” qiymətləndirilmiş xidmətlərin sayı |
83 |
72 |
54 |
58 |
51 |
45 |
“Yaxşı” qiymətləndirilmiş xidmətlərin sayı |
142 |
100 |
105 |
109 |
105 |
102 |
“Əla” qiymətləndirilmiş xidmətlərin sayı |
75 |
114 |
128 |
154 |
155 |
122 |
* Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 oktyabr tarixli 650 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edildiyi, həmçinin “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa əsasən lisenziyalaşdırılan və ya icazə tələb olunan fəaliyyət növlərinin siyahısına daxil olmadığı üçün qiymətləndirmə dövründə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməyən 22 xidmətin təşkili və göstərilməsi üzrə qiymətləndirmələr dayandırılmışdır.