Please ensure Javascript is enabled for purposes of website accessibility

“Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 mart 2013-cü il tarixli 2815 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planın müvafiq bəndləri üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (bundan sonra - Dövlət Agentliyi) tərəfindən görülən işlər barədə Məlumat

“Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 mart 2013-cü il tarixli 2815 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planın müvafiq bəndləri üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (bundan sonra - Dövlət Agentliyi) tərəfindən görülən işlər barədə

Məlumat

 

Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 yanvar tarixli 2664 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 28 mart 2013-cü il tarixli 2815 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planında icrası Dövlət Agentliyinə həvalə edilən vəzifələrin yerinə yetirilməsi məqsədilə “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya Texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın həyata keçirilməsi üzrə Tədbirlər planı” Dövlət Agentliyi sədrinin 10 aprel 2013-cü il tarixli 9/11-21 nömrəli əmri ilə təsdiq edilmişdir.

28 mart 2013-cü il tarixli 2815 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında” təsdiq edilmiş Tədbirlər Planının müvafiq bəndlərinin cari ilin 1 dekabr tarixinə olan icra vəziyyətinə dair və ilin sonuna kimi görüləcək tədbirlər haqqında məlumatları təqdim edirik.

  1. Tədbirlər Planının 5-ci bəndi “Sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı tədbirlərin görülməsi”  üzrə

Dövlət Agentliyinin Əsasnaməsinin 3.1.10-cu yarımbəndi ilə müəyyən edilən “dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin elektron formada təşkili və təkmilləşdirilməsi” vəzifəsinin həyata keçirilməsi istiqamətində müvafiq normativ bazanın formalaşdırılması ehtiyacı müəyyən edilmişdir. Qeyd edilən istiqamətdə ilk olaraq “Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə Qaydaları” Dövlət Agentliyinin 11 yanvar 2013-cü il tarixli, 9/14-01 nömrəli Qərarı ilə təsdiq edilmiş və 18 yanvar 2013-cü il tarixində Ədliyyə Nazirliyi Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmişdir. (Reyestr nömrəsi: 15201301119141). Elektron xidmətlərin qiymətləndirilməsinə başlanmış və ilkin nəticələr elektron xidmətlərlə bağlı reqlamentlərin qanunvericiliyə müvafiq olaraq hazırlanması, təsdiqlənməsi, mövcud olanların təkmilləşdirilməsi və normativ hüquqi akt kimi qeydiyyatdan keçirilməsi prosesinin sürətləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi zərurətini ortaya çıxarmışdır. Göstərilən xidmətlərin elektron formada təşkili ilə bağlı aidiyyəti orqanlarla birgə tədbirlər görmək, onlara metodiki və əməli köməklik göstərmək məqsədi ilə Dövlət Agentliyi tərəfindən “İnformasiya sistemləri, informasiya ehtiyatları və elektron xidmətlər ilə bağlı dövlət orqanları tərəfindən təqdim olunan layihələrə (təkliflərə) onların məqsədəuyğunluğu barədə rəy verilməsi Qaydaları” Dövlət Agentliyinin kollegiyasının 6 iyun 2013 - cü il tarixli 1/1-03 nömrəli qərarı ilə təsdiq edilmiş 25 iyun 2013-cü il tarixində Ədliyyə Nazirliyi Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmişdir. (Reyestr nömrəsi 15201306061103). Qeyd edilən çərçivədə bugünə qədər Dövlət Dəniz Administrasiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Milli Aviasiya Administrasiyası, Müdafiə Sənayesi Nazirliyi, Nəqliyyat Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Vergilər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Energetika Nazirliyi, Milli Arxiv İdarəsi, Səhiyyə Nazirliyi, Satınalmalar üzrə Dövlət Agentliyi, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və digər mərkəzi icra hakimiyyəti orqanının 100-dən çox elektron xidməti ilə bağlı reqlament layihələrinə rəy verilmişdir.

 

  1. Tədbirlər Planının 6-cı bəndi “Beynəlxalq standartlar əsasında sahə üzrə standartların hazırlanması” üzrə

Dövlət Agentliyi tərəfindən təcrübə və əməkdaşlıq mübadiləsi çərçivəsində Estoniyaya, Qazaxıstana və Amerika Birləşmiş Ştatlarına edilən səfərlər zamanı həmin ölkələrin yerli qurumlarının təcrübəsi öyrənilmiş, sahə ilə bağlı qanunvericilikləri təhlil edilmişdir. “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2013-cü il tarixli 813 nömrəli Fərmanının 2.2-ci bəndi ilə müəyyən edilən dövlət informasiya sistemlərinin və ehtiyatlarının yaradılmasının və idarə edilməsinin tənzimlənməsi ilə bağlı təkliflərin verilməsi tapşırığı və mövcud Tədbirlər Planı nəzərə alınaraq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə “Dövlət informasiya sistemləri və ehtiyatları haqqında Azərbaycan Respublikası Qanunu” layihəsi hazırlanmışdır. Qeyd edilən layihənin qanunlaşması ölkədə mövcud dövlət orqanları xidmətlərin siyahısının müəyyən edilməsi, vahid sistem üzrə elektronlaşdırılması, vahid infrastruktur istifadə edilərək inteqrasiyası və qarşılıqlı istifadəsi ilə bağlı normativ bazanın təkmilləşməsinə xidmət edəcəkdir.

 

  1. Tədbirlər Planının 14-cü bəndi “Elektron hökumət”in formalaşdırılması üzrə tədbirlərin davam etdirilməsi, elektron xidmətlərdən istifadənin kütləviliyinin artırılması üzrə fəaliyyətin genişləndirilməsi” üzrə

Dövlət Agentliyi tərəfindən təsdiq olunmuş tədbirlər planı və yuxarıda adı qeyd edilən Qaydalar çərçivəsində elektron xidmətlərdən istifadə dərəcəsinin müəyyən edilməsi məqsədi ilə 22 yanvar 2013-cü il tarixindən 19 iyul 2013-cü il tarixədək Azərbaycan Respublikasının 40 dövlət orqanı tərəfindən göstərilən hər bir elektron xidmətin qiymətləndirilməsi həyata keçirilmişdir. Bu zaman dövlət orqanları tərəfindən göstərilən hər bir elektron xidmət üzrə qiymətləndirmənin həyata keçirildiyi tarixdən əvvəlki 1 il üçün "Həyata keçirilən elektron xidmətlərdən istifadə edənlərin sayı barədə məlumat" rüblər üzrə toplanmış, əhali tərəfindən çox və az istifadə edilən elektron xidmətlər müəyyən edilmişdir. Aparılan qiymətləndirmələrin nəticəsində ilkin mərhələdə həmin orqanlara mövcud İKT infrastrukturlarının vəziyyəti və elektron xidmətlərinin təşkili səviyyəsini əks etdirən rəylər təqdim edilmişdir. Qeyd edilən rəylərdə eyni zamanda mövcud nöqsan və çatışmazlıqlar göstərilmiş və onların aradan qaldırılması üçün tövsiyələr verilmişdir. Növbəti mərhələdə nəticələrin ictimaiyyətə açıqlanması, mövcud vəziyyətin mütəmadi təhlili və çatışmazlıqların ortadan qaldırılma səviyyələrinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Uyğun praktikanın növbəti il üçün keçiriləcək qiymətləndirmədə də tətbiq edilməsi və xidmətlərdən istifadə vəziyyətinin izlənməsi nəzərdə tutulur. Eyni zamanda, Dövlət Agentliyi tərəfindən "Elektron xidmətlərin göstərilməsi haqqında" iIlik rəsmi statistika hesabatı formasının hazırlanması ilə bağlı təkliflər hazırlanaraq Dövlət Statistika Komitəsinə göndərilmişdir. Elektron xidmətlərin tam təkmilləşdirilməsi, göstərilməsinin təmin edilməsi, göstərilən xidmətlərin səviyyələrinin və keyfiyyətlərinin artırılmasından sonra onlardan istifadənin kütləviliyinin artırılması istiqamətində tədbirlər həyata keçiriləcəkdir.

Xİdmətlərin elektronlaşması ilə bağlı dövlət orqanlarına göndərilmiş rəylərdə xüsusilə aşağıdakı məsələlər ilə bağlı tövsiyələrə yer verilmişdir:

  1. Xidmətlərin elektronlaşması işinin tam başa çatdırılması, “Elektron xidmət növlərinin Siyahısı” ilə müəyyən olunmuş xidmətlərin hər birinin elektron formada təqdim edilməsi üçün tədbirlər görülməsi (Vətəndaşlar üçün funksional əhəmiyyətli olan xidmətlərin müəyyənləşdirilməsi və ilk növbədə həmin xidmətlərin elektronlaşdırılması üçün tədbirlərin görülməsi);
  2. Elektron xidmətlərin göstərilməsi prosesinın (müraciətlərin qəbulu, icraçılara çatdırılması və cavablandırılması, elektron xidmətin göstərilməsinin gedişatı barədə istifadəçilərin məlumat almaq imkanı) tam avtomatlaşdırılması;
  3. Xidmətlərin “e-Gov” Elektron Xidmətlər Portalına inteqrasiya olunması və mövcud informasiya sistemlərinin kompleks şəkildə formalaşdırılması işlərinin başa çatdırılması, digər informasiya sistemləri ilə məlumat mübadiləsi imkanlarının təmin olunması (o cümlədən, daxili informasiya ehtiyatlarının tam qarşılıqlı inteqrasiyasının təmin edilməsi);
  4.  Elektron xidmətlərin göstərilməsini təmin edən İT infrastrukturunun tələblərə uyğunlaşdırılması (server otağı), server və şəbəkə avadanlıqlarının, məlumat bazalarının fəaliyyətini real vaxt rejimində izləməyə imkan verən monitorinq sistemlərinin qurulması və aidiyyəti struktur bölmələrin əməkdaşları tərəfindən sistemlərin monitorinqinin aparılması;
  5. Xidmətlər üzrə istifadə qaydaları haqqında dolğun, aktual və düzgün məlumat əldə etmək imkanlarının təmin edilməsi, istifadəçilərə xidmətin məzmunu, göstərilməsinin nəticəsi, tələb olunan sənədlər və onların təqdim olunma forması, qeydiyyat qaydaları, sorğunun icrası  və s. haqqında ətraflı məlumatların təqdim edilməsi;
  6. Xidmətlərin göstərilməsi zamanı elektron imzanın tətbiqi;
  7. Elektron xidmətlərdən istifadənin asanlaşdırılması və kütləviləşdirilməsi ilə bağlı tədbirlərin görülməsi;
  8. İstifadəçilər tərəfindən daxil edilən məlumatların doğruluğunun yoxlanılması üçün tədbirlərin görülməsi;
  9. Hər bir elektron xidmət üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın 1 nömrəli Əlavəsinə uyğun inzibati reqlamentlərin hazırlanması və təsdiq edilərək istifadəçilərə təqdim edilməsi.

            “Elektron hökumət” dövlət proqramlarının davamı çərçivəsində “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanının 2.1-ci bəndinə müvafiq olaraq və aidiyyəti dövlət orqanlarından daxil olan təkliflər əsasında Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə “2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı”nın layihəsi hazırlanmış və aidiyyətı dövlət orqanları ilə müzakirələr təşkil edilmiş və razılaşdırılmışdır.

Dövlət Agentliyi tərəfindən “Onlayn Medianın inkişafına dəstək” Layihəsi çərçivəsində Jurnalistlər üçün nəzərdə tutulan təlimlər çərçivəsində "Elektron xidmətlər" haqqında xüsusi təlimlər keçirilmişdir.

Bundan əlavə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən təşkil edilən "Dövlət İdarəçiliyi kadrlarının İxtisasartırma" kurslarında mütəmadi olaraq "E-hökumət və e-xidmətlər", "Elektron xidmətlər: onların təşkili və təqdim edilməsi" haqqında təlimlər keçirilmişdir. Dövlət Agentliyi tərəfindən Radio və tv verilişlərində iştirak edilmiş (ANS, "Gənclərin səsi" radiosu, İctimai Televiziya və s.), elektron hökumət və elektron xidmətlər haqqında məlumatlar verilmişdir.

               

  1. Tədbirlər Planının 15-ci bəndi “elektron səhiyyə, elektron təhsil, elektron satınalma, elektron turizm, elektron notariat, elektron mədəniyyət, elektron arxiv, elektron məhkəmə, elektron ticarət, elektron ödəmə həllərinin tətbiqinin genişləndirilməsi” üzrə

              "Elektron xidmətlərin qiymətləndiriməsi" çərçivəsində 10.04.2013 - 22.04.2013 tarixlərində Azərbaycan Respublikası Səhiyyə və Təhsil Nazirliklərində qiymətləndirmə aparılmış və müvafiq sahələr üzrə elektronlaşmanın səviyyəsi araşdırılmışdır. Bu məqsədlə dövlət orqanları tərəfindən göstərilən xidmətlərin elektron formada təşkili vəziyyəti, həmin orqanların xidmət prosesinin və elektron xidmətlər göstərilməsinin cari vəziyyətinin öyrənilməsi üçün yerində baxış və uyğun orqanların əməkdaşları ilə görüş keçirilmişdir. Hər bir dövlət orqanı ilə bağlı tövsiyələr müvafiq orqana təqdim edilmişdir. Bütün dövlət orqanları üzrə elektronlaşmanın ümumi vəziyyəti, nöqsan və çatışmazlıqlar, təklif edilən tədbir və tövsiyələr barədə məlumat qiymətləndirmənin Yekun hesabatında əksini tapacaqdır. Yekun hesabatın hazırlanması üzrə işlər davam edir  və sənəd ilin sonuna qədər Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcəkdir.  

              Dövlət Agentliyi tərəfindən Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Arxiv İdarəsi kimi dövlət orqanlarına elektron xidmətlərin həyata keçirilməsini təmin edən sistemlərin qurulması, elektron xidmət prosesinin  təşkili sahəsində təkliflər verilmiş, görüşlər keçirilərək metodiki köməklik göstərilmişdir.

              Yuxarıda qeyd edilən müvafiq Qaydalara uyğun olaraq Dövlət Agentliyi tərəfindən "Azərbaycan Respublikası Ali Məhkəməsinin informasiya sistemlərinin təkmilləşdirilməsi layihəsi”nə, " Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi üçün “Sənəd dövriyyəsi sisteminin və server otağının (Data Mərkəzin) yaradılması layihəsinə”, "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsi tərəfindən daxil olmuş elektron  xidmətlərin yaradılması ilə bağlı layihəyə", Əmlak Məsələləri Dövlət Komitəsinin “yeni elektron xidmətlər yaradılması haqqında layihəyə”  sosial, iqtisadi və texniki səmərəlilik baxımından rəy verilmişdir. Konkret sahələrdən "Ünvanlı sosial yardımların və sosial müavinətlərin verilməsi" xidməti ilə bağlı prosedurun sadələşdirilməsi və elektronlaşması ilə bağlı Dövlət Agentliyinin təklifləri cari il ərzində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir.

 

  1. Tədbirlər Planının 16-cı bəndi "ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin elektronlaşdırılması üzrə tədbirlərin görülməsi” üzrə

              "Elektron xidmətlərin qiymətləndiriməsi" çərçivəsində "ASAN xidmət" mərkəzində göstərilən xidmətlərin mövcud elektronlaşma dərəcəsi araşdırılmışdır. Məlum olmuşdur ki, xidmətlərin elektron göstərilmə səviyyəsi 10 xidmət üçün "qeyri-kafi", 3 xidmət üçün "kafi", 9 xidmət üçün "yaxşı", cəmi bir xidmət üçün "əla" vəziyyətdədir və tam elektron təqdim edilə bilər.  Xidmətin elektron təqdim edilməsinə maneçilik törədən əsas amillər kimi məlumat bazalarının tam elektronlaşmaması, xidmət prosesinin təşkilinin elektronlaşmaması, xidmətin göstərilməsi üçün tələb olunan digər bazalar və sistemlərlə inteqrasiyanın təmin edilməməsi müəyyən olunmuşdur. Mərkəzlərdə xidmət göstərilməsində istifadə edilən ərizə anketlərin mövcud bazalardan informasiyanın təmin edilməsi surəti ilə avtomatik doldurulması və vətəndaşdan ayrıca tələb edilməməsi istiqamətində işlər aparılır. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilərək Dövlət Agentliyinin - “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərlə bağlı müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqələri, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən sənədlər üzrə İAMAS sistemində olan məlumatlara çıxış hüququ təmin edilmişdir. Bu istiqamətdə eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə qarşılıqlı əlaqələr çərçivəsində "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri"nə (Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemi) çıxış əldə edilmişdir.

              Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilən “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların yüklülüyünə dair dövlət reyestrindən arayışların notariat orqanları tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən real vaxt rejimində əldə edilməsi” layihəsi Dövlət Agentliyi tərəfindən dəstəklənir və həyata keçirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə iştirakı nəzərdə tutulur. 

              Hazırda elektron informasiya bazaları olan digər xidmətlərin elektron formada təşkil edilməsi üçün texniki və hüquqi tələblərin araşdırılması və xidmətlərin elektron həyata keçirilməsi üçün şəraitin formalaşdırılması işləri davam edir.

 

  1. Tədbirlər Planının 28-ci bəndi “Regionlarda “elektron hökumət” imkanlarından istifadəsinin təmin olunması məqsədilə ictimai informasiya kioskları şəbəkəsinin genişləndirilməsi” üzrə

              Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərindəki fəaliyyət istiqamətlərindən biri “özünəxidmət” yəni mərkəzdə internetə açıq olan kompüterlər vasitəsilə vətəndaşların bütün növ elektron xidmətlərdən yararlana bilmək imkanlarının təmin edilməsidir. Bu istiqamətdə regionlarda müvafiq şəbəkənin genişləndirilməsi məqsədi ilə Sumqayıt “ASAN xidmət” mərkəzində 3 ədəd və qısa müddət ərzində açılması nəzərdə tutulan Gəncə “ASAN xidmət” mərkəzində 4 ədəd özünəxidmət kioskları quraşdırılmış və qeyd edilən kioskların vətəndaşlara tanıdılması, istifadəsi ilə bağlı maarifləndirmə mərkəz əməkdaşları tərəfindən həyata keçirilmişdir. Qeyd edilən şəbəkənin fəaliyyətinin genişləndirilməsi və regionlarda açılacaq mərkəzlərdə geniş şəkildə tətbiqi “elektron hökumət” imkanlarından istifadənin təmin olunması istiqamətində maarifləndirmə işlərinin aparılmasını bilavasitə həyata keçirməklə, növbəti mərhələdə vətəndaşların elektron xidmətlərdən yaşadıqları və ya olduqları yerin imkanlarını istifadə etməklə yararlanacaqları istiqamətində statistikanın artmasına təsir göstərəcəkdir.

 

  1.  Tədbirlər Planının 52-ci bəndi “Elektron mənzil növbəsi və bölgüsünün tətbiqi ilə bağlı tədbirlərin görülməsi” üzrə

              Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və icra hakimiyyəti orqanlarının mütəxəssisləri ilə aparılmış müzakirələr nəticəsində "Elektron mənzil növbəsi və bölgüsü" sisteminin Konsepsiyası hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilmişdir. Hazırda qeyd edilən konsepsiyanın həyata keçirilməsi ilə bağlı normativ sənədlərin layihəsi üzərində Dövlət Agentliyi və müvafiq nazirlik mütəxəssisləri tərəfindən iş aparılır.