Please ensure Javascript is enabled for purposes of website accessibility

Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2011-ci il tarixli 1578 nömrəli Sərəncamı ilə təsdiq edilən “2008 - 2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində icrası ilə əlaqədar 2012 2015-ci illər üçün Tədbirlər Planına əsasən 2014-cü il üzrə görülən işlər barədə MƏLUMAT

Sıra sayı Tədbirlər planında hissə, bənd   Tədbirin adı, qeydlər Qeydlər

 

1.

 

4.1.2.1.2.

 

Dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsi

 

         “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Məcəlləsi layihəsinin təkmilləşdirilməsi prosesində iştirak edilmiş, müvafiq irad və təkliflər işçi qaydasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edilmişdir. Növbəti ildə dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsi prosesində əlavə təkliflərin verilməsi nəzərdə tutulur.

 

 

2.

 

4.1.2.1.6.

 

Dövlət Qulluqçularının Reyestrinin aparılması işinin təkmilləşdirilməsi

 

        2014-cü il üzrə Dövlət Agentliyində və tabeliyində olan “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən 243 dövlət qulluçusunun  şəxsi işi “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın tələbləri nəzərə alınmaqla tərtib edilmiş və Dövlət Qulluqçularının Reyestri informasiya sisteminə daxil edilmişdir.

       Hesabat ili ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi üzrə İnsan Resurslarının qeydiyyatı İnformasiya Sisteminin yaradılması məqsədilə texniki şərt hazırlanmış və işlərin icrasına başlanılmışdır. Qeyd edilən informasiya sisteminin həm Dövlət Qulluqçularının Reyestri informasiya sisteminə, həm də Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə inteqrasiyası nəzərdə tutulur.

 

 

3.

 

4.1.2.1.7.

 

Dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi vəziyyətinin ümumiləşdirilmiş nəticələrinin illik müzakirələrinin keçirilməsi

      

          Dövlət Agentliyi tərəfindən hesabat ili ərzində etik davranış  məsələləri üzrə aşağıdakı tədris kursları və treninqlər təşkil edilmişdir:

  •  Etik davranış qaydaları, işgüzar etiket  - 60 təlim;
  •  Stressin idarə olunması- 55 təlim; 
  •  Münaqişəli halların idarə olunması - 19  təlim;
  •  Vətəndaş məmnunluğunun təmin olunması prinsipləri və qaydaları – 10 təlim; 
  •  Səmərəli xidmətdə ünsiyyətin, kütlə psixologiyasının və sosial həssaslığın rolu – 26 təlim;
  •  Dinləmə və izahetmə bacarığı, səmərəli ünsiyyətin prinsipləri, ünsiyyət komponentləri – 36 təlim.

          Dövlət Agentliyində hesabat ilinin yekununda etik davranış qaydalarının tətbiqi vəziyyətinin ümumiləşdirilmiş nəticələri ilə bağlı illik müzakirələr təşkil edilmişdir.

      Dövlət Agentliyi etik davranış qaydalarının tətbiqi ilə bağlı görülən işlər barədə ümumiləşdirilmiş məlumat-hesabatı 2014-cü il 9 yanvar tarixli 150107200012 nömrəli məktubla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim etmişdir.

 

 

4.

 

4.1.2.5.1.

 

Vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı ali təhsil müəssisələrinin yuxarı kurs tələbələri ilə görüşlərin keçirilməsi, QHT sektoru, KİV ilə əlaqələrin genişləndirilməsi

 

Dövlət Agentliyinin və tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə əlaqədar, müxtəlif sosial məsuliyyət yönümlü aksiyalar, tədbirlər tərəfdaş qurumlarla birgə keçirilmişdir. Keçirilən sosial məsuliyyət yönümlü aksiyalara müxtəlif qeyri hökumət təşkilatları, o cümlədən, gənclər təşkilatları cəlb olunmuşdur. Qeyd edilən tədbirlər aşağıdakılardır:

  •  5 fevral - IDEA (Ətraf mühitin mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, “ASAN xidmət” və ”Təmiz Şəhər” ASC ilə birgə həyata keçirilən “Hər kağızı bir yarpağa dəyişək” layihəsi;
  •  5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş "ASAN xidmət" və "FENCİNG" İdman Klubu arasında Qılıncoynatma idmanının Rapira növü üzrə komanda yarışı;
  •  7 mart - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində “ASAN xidmət” mərkəzi tərəfindən qadın məhkumlara şəxsiyyət vəsiqələrinin verilməsi;
  •  18 mart - Gözdən əlil şəxslərə Səyyar formada ümumvətəndaş pasportlarının verilməsi. 
  •  7-8 Aprel – Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar, "ASAN xidmət" və "Sağlam Ailə" Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə şəxsiyyət vəsiqəsi almaq üçün 1, 2, 3 saylı Bakı və Sumqayıt "ASAN xidmət" mərkəzlərinə müraciət edən gənclərə "Sağlam Ailə" Tibb Mərkəzindən pulsuz müayinə kuponlarının təqdim olunması;
  •  20 iyun - Sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə Qarabağ müharibəsi veteranlarına Səyyar ASAN xidmət vasitəsi ilə  yeni ümumvətəndaş pasportlarının verilməsi;
  •  YARAT Müasir İncəsənət Məkanının rəssamları tərəfindən hazırlanmış xüsusi kompozisiyaların “ASAN xidmət” mərkəzlərində mütəmadi qaydada yerləşdirilməsi;
  •  “ASAN xidmət” mərkəzləri və YARAT Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə “Sağlam ol və YARAT! “ Qaçış turniri;
  •  Avqust ayında - “Yol qaydaları və mən” adlı kimsəsiz uşaqlar üçün təlim;
  •  Vətənpərvərliyin, hərbi xidmətin gənc çağırışçılar arasında təşviq edilməsi məqsədi ilə ASAN Könüllüləri Gənclər Təşkilatı və Azərbaycan Respublikası Peyntbol Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə və Silahlı Qüvvələrin yaradılmasının 96 illiyinə həsr olunmuş “Qarabağ” Peyntbol Turniri;
  •  “Əsrin müqaviləsi” sazişinin bağlanmasının 20-ci ildönümü və “Neftçilər günü” münasibəti ilə “ASAN xidmət”, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birgə təşkilatçılığı ilə təşkil olunmuş tədbirdə bir qrup neftçiyə və onların ailə üzvlərinə Səyyar ASAN xidmət vasitəsi ilə şəxsiyyət vəsiqələrinin və yeni ümumvətəndaş pasportlarının təqdim olunması;
  •  BMT-nin İctimai İnformasiya Departamenti, Beynəlxalq Avrasiya Mətbuat Fondu və Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Qız Uşaqları Gününə həsr edilmiş dəyirmi masa;
  •  13 noyabr- Beynəlxalq Gözdən əlillər günündə gözdən əlil şəxslərin xidmətlərimizdən rahatlıqla yararlanmaları məqsədi ilə Brayl Əlifbalı Məlumat kitabçasının tərtib edilməsi.       

              “ASAN xidmət”in Facebook(https://www.facebook.com/asanxidmat) sosial şəbəkəsindəki səhifəsində istər QHT nümayəndələrinin, istər digər vətəndaşlar üçün öz fikirlərini, sual, irad və təkliflərini ifadə etmək üçün şərait yaradılmışdır. Həmin səhifədə 2014-cü il üzrə 500-ə yaxın məlumat postu yerləşdirilmişdir. Bu postlara 25.000-ə yaxın şərh yazılmışdır.

             “ASAN xidmət”-in Twitter səhifəsində (https://twitter.com/asanxidmat) 950-ə yaxın tweet yerləşdirilmişdir. Bu tweetlərdən 350-dən çoxu foto və video informasiyadır. Səhifənin 2000-ə yaxın izləyicisi mövcuddur.          

            “ASAN xidmət”-in İnstagram  səhifəsində (http://instagram.com/asanxidmat)  500-ə yaxın post yerləşdirilmişdir. Ümumi izləyicilərin sayı 3200-ə yaxındır. İnstagram sosial şəbəkəsində  #asanxidmet haştaqı ilə 1500-ə yaxın paylaşım edilmişdir.

            “ASAN xidmət”-in Youtube səhifəsindəki kanalında (https://www.youtube.com/user/asanxidmat) 450-ə yaxın izləyici var. Videolara ümumi baxış sayı 121 000-dən çoxdur. Yüklənmiş ümumi videoların sayı isə 450-ə yaxındır. Türkiyə, Rusiya, Almaniya, Estoniya, Böyük Britaniya, Çexiya, Danimarka və s. ölkələrdən baxış sayı üstünlük təşkil edir.