Dövlət Agentliyinin struktur bölmə rəhbərləri “Strateji idarətmə və müasir dövrdə liderlik” təlimində iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin struktur bölmə rəhbərləri Şamaxıda “Strateji idarəetmə və müasir dövrdə liderlik” mövzusunda təlimdə iştirak ediblər.
İngiltərənin “Strategy Execution” və “Duke Corporate Education” şirkəti ilə birgə tərəfdaşlıq çərçivəsində reallaşdırılan və Jonathan Gilbert tərəfindən keçirilən təlimdə iştirakçılara öncə strategiyanın formalaşdırılması və onun icra edilməsi üzrə perspektivlər tədris olunub. Həmçinin təşkilati struktur, korporativ idarəetmə mədəniyyəti, nəticələrin əldə edilməsində hədəf və metrikslərin istifadəsi, strategiyanın tətbiqi və digər mövzular barədə məlumat verilib.
Sonra Dövlət Agentliyinin 2020-2022-ci illər üzrə Strateji Planı üzrə əsas fəaliyyət istiqaməti, fəaliyyət portfeli, strateji baxış diqqətə çatdırılıb. Eyni zamanda xidmətlərin göstərilməsi və fəaliyyəti təşkilində rəhbər tutulan əsas prinsiplər, strateji məqsəd və hədəflərdən danışılıb.
Sonda iştirakçıların müxtəlif təklif və fikirləri dinlənilib.