Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

GIZ-in nümayəndəsi “ASAN xidmət”də


Almaniya Federativ Respublikasının Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Şərq Tərəfdaşlığı Regional İdarəçilik İslahatı Fondunun rəhbəri Sandra Fur “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Nümayəndə heyəti “ASAN xidmət” mərkəzi, “ABAD” etno-butiki, “INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi”nin fəaliyyəti ilə yaxından tanış olub.

Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi diqqətə çatdırılıb.

GIZ-in nümayəndəsi “ASAN xidmət” konsepsiyasının əhəmiyyətini, sözügedən təcrübənin Avropa ölkələrində də tətbiqi imkanlarının nəzərdən keçirilməli olduğunu bildirib.

Görüşdə GIZ-in müvafiq platforması çərçivəsində hazırda davam edən və həyata keçirilməsi planlaşdırılan birgə layihələrin icrası ətrafında geniş fikir mübadiləsi aparılıb.


Tarix: 12-05-2023 14:47