Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Efiopiya “ASAN xidmət” təcrübəsini öyrənir


6 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ölkəmizdə səfərdə olan Efiopiya Federativ Demokratik Respublikasının xarici işlər nazirinin müavini Mesqanu Arqa Moaçın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Qonaqlara Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, “ASAN xidmət” mərkəzləri, Səyyar ASAN xidmət, ölkəmizdə tətbiq olunan sosial innovasiyalar barədə ətraflı məlumat verilib. 

Efiopiyanın xarici işlər nazirinin müavini Mesqanu Arqa Moaç “ASAN xidmət” konseptinin onda yüksək təəssürat yaratdığını və bu modelin öz ölkəsində tətbiqində maraqlı olduğunu bildirib.

Qonaqlar “ASAN xidmət” mərkəzi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi,  “Bilim Bakı” mərkəzi və “ABAD” publik hüquqi şəxslə də tanış olublar.


Tarix: 07-07-2023 10:31