Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN Könüllüləri” Təşkilatına yeni sədr seçilib


12 iyul 2023-cü il tarixində “ASAN Könüllüləri” Təşkilatının V hesabat seçki qurultayı həyata keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib. Diqqətə çatdırılıb ki, məhz "ASAN Könüllüləri" Təşkilatı tərəfindən bu günə qədər müxtəlif istiqamətlərdə həyata keçirilən tədbirlər minlərlə gəncin bilik və bacarıqlarının artırılmasına, o cümlədən intellektual potensiallarının inkişafına yönəlib.

Təşkilata 2020-2023-cü illərdə sədrlik etmiş Emiliya Bayramova könüllərlə iş sahəsində görülmüş tədbirlər və təşkilat tərəfindən reallaşdırılmış layihələrə dair hesabat məruzəsi edib.

Sonra qurultayın gündəliyinə uyğun olaraq “ASAN Könüllüləri” Təşkilatının yeni sədrinin seçilməsi məsələsinə baxılıb.  Təşkilatın İdarə heyətinin yekdil qərarı ilə Anar Musaev yeni sədr seçilib.

19 dekabr 2013-cü il tarixində təsis olunmuş “ASAN Könüllüləri” Təşkilatının əsas missiyası könüllülərin kadr kimi formalaşmasına şərait yaratmaqla dövlətimizin dayanıqlı inkişafı üçün çalışan, cəmiyyətə faydalı gənc vətəndaşlar qazandırmaqdır. Bu prosesə 30 000-dən çox könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 5000-dən çox təlim, 770-dən çox yerli və beynəlxalq layihə keçirilib və 3300-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.


Tarix: 12-07-2023 15:53