Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

"YAŞAT" Fondu tələbə adını qazananlara bu il də dəstək göstərir



"YAŞAT" Fondu tərəfindən bu il də ilk dəfə tələbə adını qazanan şəxslərə 2000 AZN pul mükafatı veriləcək.

Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2023-2024-cü tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş  ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailə üzvləri ilə görüşüb.

Ülvi Mehdiyev onları bu əlamətdar hadisə münasibətilə təbrik edib, təhsil həyatlarında və gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Görüş iştirakçılarına Fond tərəfindən təsis olunmuş 2000 AZN birdəfəlik pul mükafatının sertifikatları təqdim olunub.  

İlk dəfə tələbə adını qazanan şəhid ailəsi üzvləri və müharibə əlilləri mükafatla bağlı ətraflı məlumatı 8110 Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərlər.
 


Tarix: 14-09-2023 14:40