Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Moldova "ASAN xidmət" təcrübəsini öyrənir


24 – 26 oktyabr 2023-cü il tarixində Moldova Respublikasının Dövlət Xidmətləri Agentliyinin direktorunun müavini  Sergu Manikin  rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.


Məqsəd “ASAN xidmət” konsepsiyasının Moldovada tətbiqi istiqamətində müzakirələrin aparılması, bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən dövlət xidmətlərinin çatdırılması və sosial innovasiyalar sahəsində həyata keçirilən layihələr ilə yaxından tanış olmaqdır.

Səfər çərçivəsində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə nümayəndə heyəti arasında görüş keçirilib. Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verilib. Şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunduğu diqqətə çatdırılıb. 


Dövlət Agentliyinin sədri Moldovanın müvafiq qurumu ilə həyata keçirilən uğurlu əməkdaşlığa toxunaraq bundan sonra da dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycan təcrübəsinin bölüşülməsi istiqamətində dəstəyə hazır olduqlarını qeyd edib. 


Səfər proqramı çərçivəsində nümayəndə heyətinə Dövlət Agentliyinin müxtəlif şöbələri tərəfindən təqdimatlar edilib.

Qonaqlar 3 və 7 saylı Bakı “ASAN xidmət” mərkəzləri, Şamaxı “ASAN Həyat” kompleksi, Səyyar ASAN xidmət, 108 Çağrı Mərkəzi, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, ASAN İnnovativ İnkişaf Mərkəzi,  “ABAD” və ASAN Radionun fəaliyyəti ilə yaxından tanış olublar.

Səfərin nəticələrinə əsasən Dövlət Agentliyi ilə Moldova Respublikasının Dövlət Xidmətləri Agentliyi arasında “ASAN xidmət” təcrübəsinin bölüşülməsi istiqamətində Anlaşma Memorandumunun imzalanması barədə ilkin razılığa gəlinib.


Tarix: 27-10-2023 11:16