Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Nepal və Mərakeş nümayəndə heyətləri “ASAN xidmət”də


21 noyabr 2023-cü il tarixində Nepal Federativ Demokratik Respublikasının Parlamentinin və Mərakeş Krallığının Həmrəylik, Sosial İnteqrasiya və Ailə İşləri üzrə Nazirliyinin nümayəndə heyətləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzinin və “ABAD”ın fəaliyyəti ilə tanış olublar.

Nepal tərəfi ilə görüş zamanı qonaqlara Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Həmçinin Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi, o cümlədən “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.

Görüş zamanı Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov 26-28 yanvar 2020-ci il tarixində Nepala baş tutmuş səfərini məmnunluqla xatırlayaraq “ASAN xidmət” konsepsiyası, eləcə də “ASAN viza” sistemi və Dövlət Agentliyi tərəfindən icra edilən digər layihələrin Nepal tərəfi ilə paylaşılması istiqamətində davam edən əməkdaşlığın uğurlu nəticələrinin olacağına əminliyini ifadə edib.

Mərakeş tərəfi ilə görüş zamanı qonaqlara “ASAN xidmət” konsepsiyası və “ABAD” publik hüquqi şəxsin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, mikro, kiçik və orta sahibkarlığın inkişafı baxımından “ABAD” modelinin yaradılması ilə bir çox nailiyyətlər əldə olunub. 

Qonaqlar "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də yaxından tanış olublar.


Tarix: 21-11-2023 18:11