“İTi Zəka – 2” hakatonu başa çatıb
4 iyul 2024-cü il tarixində “ITi Zəka-2” hakatonunun final tədbiri baş tutub.
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən hakatonun mükafatlandırma mərasimi keçirilib.
Müsabiqənin məqsədi uşaqlara hüquqlarının təmin edilməsində təşəbbüs irəli sürmək, innovativ həll yolları ilə bağlı təkliflər irəli sürmək üçün şərait yaratmaq, onlarda kreativ düşüncəni formalaşdırmaq, eyni zamanda, komandada işləmək, rəqəmsal bacarıqlarını inkişaf etdirmək olub.
4 gün davam edən hakatona ümumilikdə 530 uşaq 130 komanda formasında müraciət edib. İlkin qiymətləndirmə nəticəsində 22 komanda finalda yarışmaq imkanı əldə edib. Hakaton çərçivəsində 93 nəfərə 7 müxtəlif mövzuda təlim keçirilib.
Final tədbirində komandalar prototiplərini təqdim edib və münsiflər tərəfindən qiymətləndirilib.
Qiymətləndirmə nəticəsində üç qalib komanda mükafatlandırılıb.