Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN xidmət” indeksi üzrə ilə görüş keçirilib


“Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 262 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən yaradılan “ASAN xidmət” indeksi üzrə qiymətləndirmə qrupunun Dövlət Agentliyinin yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura ilə görüşü keçirilib.

Görüşdə qiymətləndirmənin Dövlət Xidmətlərinin Elektron Reyestri informasiya sistemində aparılma mexanizmi, subyektləri, nəticələrin təqdim edilmə formaları və mexanizmin təkmilləşdirilməsi ətrafında müzakirələr aparılıb.
Bildirilib ki, hazırda qiymətləndirmə 10 mərkəzi icra hakimiyyəti və Bakı şəhərində yerləşən yerli icra hakimiyyəti orqanlarının 400-dən çox xidməti haqqında həyata keçirilir. Xidmətlər 7 parametr, 24 meyar və 143 altmeyar üzrə üzrə qiymətləndirilir. Göstərilən dövlət xidmətləri barədə ictimaiyyətin birdən çox üsulla məlumatlandırılması, xidmətin elektronlaşdırılması, xidmətin qısa müddətə göstərilmə imkanlarının olması, vətəndaşdan sənəd tələb edilmədən mövcud informasiya sistemlərindən inteqrasiya üsulu ilə əldə edilməsi, xidməti həyata keçirən məmurların nəzakətliliyi, vətəndaşların şikayətlərinin qəbul və araşdırma mexanizminin olması və vətəndaşların xidmət barədə rəylərinin öyrənilməsi “ASAN xidmət” indeksinin yüksək olmasına səbəb olan amillərdəndir.

Qeyd edək ki, qiymətləndirmə nəticələrinin bu ilin sentyabr ayında ictimaiyyətə açıqlanması nəzərdə tutulur.


Tarix: 07-04-2017 11:15