Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

UNICEF-in Azərbaycandakı fəaliyyətinin 20 illiyi “ASAN xidmət” mərkəzində qeyd olunmuşdur


 

18 dekabr 2013-cü il tarixində  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (VXSİDA) tabeliyində olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzində UNICEF–in Azərbaycandakı fəaliyyətinin 20 illiyi ilə əlaqədar sərgi keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, UNICEF–in Azərbaycandakı nümayəndəliyi,  IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.

Tədbirdə  nümayiş etdirilmiş xüsusi foto-sərgi  UNICEF–in Azərbaycandakı fəaliyyətinin 20 illik ildonümü münasibəti ilə hazırlanmış və özündə təşkilatın ölkədəki əsas prioritetlərini əks etdirmişdir. 

UNICEF Azərbaycanda öz fəaliyyətinə 1993-cü ildə başlamış və səhiyyə, təhsil, uşaqların müdafiəsi, gənclərin sağlamlığı, inkişafı və iştirakı kimi sahələrə  əhəmiyətli töhfəsini vermişdir.

Tədbirin açılış mərasimində  VXSİDA – nın sədri İnam Kərimov, UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Mark Herevard, İDEA təşkilatının layihələr üzrə rəhbəri Anara İsmayılova,  AHK sədri, millət vəkili Əli Hüseynli çıxış etmişlər.

Tədbir iştirakçıları bütün “ ASAN    xidmət” mərkəzlərinin fəaliyyətində uşaqların diqqət mərkəzində saxlanılmasını, valideynlərlə gələn uşaqların vaxtını daha maraqlı keçirmələri məqsədi ilə burada uşaq əyləncə mərkəzləri, ana və uşaq otaqlarının yaradılasını xüsusi məmnunluqla vurğulamışlar. 


Tarix: 17-12-2013 16:30