Please ensure Javascript is enabled for purposes of website accessibility

Xəbərlər

Dövlət Agentliyi və AHK arasında əməkdaşlıq memorandumu imzalanıb


5 Mart 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və  Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Hüquqşunasları Konfederasiyası (AHK) arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Sənəd Agentliyin sədri İnam Kərimov və AHK-nın sədri, millət vəkili Əli Hüseynli tərəfindən imzalanıb.

Memorandumda tərəflər arasında birgə fəaliyyətin təşkili, bu sahədə vətəndaş iştirakçılığının təmin edilməsi fəaliyyəti öz əksini tapmışdır. Həmçinin sənəddə yaxın gələcək üçün tərəflər arasında  qarşılıqlı şəkildə layihə, konfrans, seminar və müzakirələrin təşkili, eyni zamanda analitik işlərin, monitorinq və sorğuların keçirilməsi məsələləri əks olunub.

Qeyd edək ki, memorandum tərəflər arasında əməkdaşlıq münasibətlərini tənzimləməklə əhaliyə göstərilən xidmətlər sahəsində məlumatlandırma və maarifləndirmə fəaliyyətinin və sosial iştirakçılığın qurulmasını və digər qarşılıqlı maraq kəsb edən sahələrəri əhatə edir. Sənəddə həmçinin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərəcək könüllülərin hazırlanması və mərkəzlərə cəlb edilməsi və innovasiyaların tətbiqi sahəsində illik müsabiqənin təşkili və həyata keçirilməsi də nəzərdə tutulub.

Tarix: 04-03-2013 10:07