Please ensure Javascript is enabled for purposes of website accessibility

Xəbərlər

5-6 sentyabr 2013-cü ildə Qazaxıstanda I Mərkəzi Asiya Aparıcı İT mütəxəssislərinin Sammiti keçirilmişdir


    Cari il 5-6 sentyabr  tarixində Qazaxıstan Respublikasında  Beynəlxalq Data Koorporasiyasının (İnternational Data Coorporation- IDC)  təşkilatçılığı ilə Mərkəzi Asiya Aparıcı İT mütəxəssislərinin (Chief Information Officers- CİO) Sammiti  baş tutmuşdur.
   
    Sammitdə  Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın  aparıcı İT şirkətlərini ,həmçinin dövlət orqanlarını təmsil edən 80-dən artıq mütəxəssis iştirak etmişdir. 
    
    I Mərkəzi Asiya  CIO Sammiti  müxtəlif ölkələrin nümayəndələri üçün qarşılıqlı  təcrübə mübadiləsi, informasiya texnologiyaları  sahəsində  yeni tendensiyaların müzakirəsi və bu sahədə mütəxəssislərin rəyinin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. 
   
    I Mərkəzi  Asiya CIO Sammitində  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin İT məsələləri üzrə köməkçisi Cəfər Əliyev, Sosial İnnovasiyalar və Strateji Araşdırmalar şöbəsinin müdiri Ceyhun Salmanov və İnformasiya Texnologiyaları şöbəsinin müdiri Hikmət Ələkbərov iştirak etmiş və bir sıra ikitərəfli görüşlər keçirmişlər

Tarix: 09-09-2013 18:04