Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi
Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi haqqında ümumi məlumat
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi (bundan sonra-Mərkəz) Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanına əsasən yaradılmışdır. Mərkəz ilkin mərhələdə pilot layihə olaraq Baki şəhərində tikinti sektorunda qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirləri həyata keçirir. Qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması sahəsində nəzarət tədbirlərinin həyata keçirilməsi və nəzarət fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Mərkəzin müəyyən edilmiş fəaliyyət istiqamətləri aşağıdakılardır:
1.Tikinti sektorunda qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində səyyar monitorinqlər həyata keçirir, əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi ilə bağlı tədbirlər görür və bu sahədə monitorinqlərin təşkilində müasir innovasiyalardan istifadə edir.
2.Tikinti sektorunda qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı tikinti fəaliyyəti subyektlərinə metodiki köməklik göstərir. məsləhətlər verir və izahatlar verir.
3.Tikinti sektorunda qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində maarifləndirmə, məlumatlandırma və təbliğat işini həyata keçirir, “ Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial reklamlar sifariş edir, xüsusi bülletenlər və digər nəşrlər buraxır.